V yəni viktoriya ən çox tanınan əl işarələrindən biridir. Bu işarə fərqli ölkələrdə fərqli mənalarda işlədilir. Viktoriya işarəsi əsas ovuc içi içəri, digəri isə çölə olmaqla iki fərqli məna verir. Ovuc içi çöl tərəfə olarsa, bu, qalibiyyət mənasına gəlir.

Bu işarə ikinci dünya müharibəsi zamanı zəfər işarəsi olaraq İngiltərənin baş naziri Winston Churchill tərəfindən məşhurlaşdırılıb.

Winston Churchill

Winston Churchill

ABŞ-da və daha sonra 1960-cı illərdə dünyada sülh mənasında istifadə edilib. Bundan başqa bir mənbədə isə V işarəsi 1415-ci ildə İngiltərə Fransa müharibəsi zamanında ortaya çıxdığı bildirilir. Hekayəyə görə, fransızlar İngilis oxlarını atan yayçıların əsir ediləndə ox atmaq üçün istifadə etdikləri iki barmaqlarını kəsəcəklərini elan ediblər. Müharibədə ingilislər qalib gəldikdə isə ox atanlar fransızlara kəsilməmiş barmaqlarını göstərib və bu şəkildə qalibiyyətin rəmzi olan V hərfinə bənzər işarə ortaya çıxıbdır.

Əgər ovuc işarəni göstərən şəxsə tərəf olarsa, bu, sülh mənasını verir. ABŞ-da Vyetnam müharibəsi zamanı xüsusilə, müharibə əleyhinə nümayişlərdə V işarəsi sülh rəmzi kimi istifadə olunub. Ümumilikdə, viktoriya bir çox dillərdə qələbə mənasını verir, amma bu işarədən müxtəlif ölkələrdə məsələn, Böyük Britaniyada, Avstraliyada istifadə etmək təhqir hesab olunur. Yeni Zellandiyada isə bu işarə cinsi suiistimal istifadə sayılır.

Aytəkin Cəlali