Filippinin Rizal bölgəsindəki Laquna de Bay gölündə sərnişin qayığının batması nəticəsində 30 nəfər həyatını itirib.

Filippin sahil mühafizəsi qəza ilə bağlı açıqlama verib.

Sahil mühafizəsi Rizal bölgəsində yerli vaxtla saat 13:00 radələrində qayığın göldə batması nəticəsində 30 nəfərin həyatını itirdiyini, 40 nəfərin isə xilas edildiyini bildirib.

Qayıqda 70 sərnişinin olduğu təxmin edilir.

Bildirilir ki, çaxnaşma içində olan sərnişinlərin liman tərəfində qalaqlanması nəticəsində güclü küləkdən silkələnən qayıq aşıb.

Ölkənin şimal bölgələrində təsirli olan Doksuri Tayfunu səbəbilə Filippində bir çox limanda səyahət qadağası qoyulub.

Sahil mühafizəsi qeyd edib ki, təxminən 3800 sərnişin limanlarda qapalı qalıb.

Doksuri qasırğası nəticəsində ölkədə 6 nəfərin öldüyü açıqlanıb.