Vüqar Biləcəri adı ilə məşhurlaşan meyxanaçı Vüqar Paşayev 1988-ci il 24 avqustda Bakı şəhəri Biləcəri qəsəbəsində anadan olub. Təhsilini də elə Biləcəri qəsəbəsində alıb. Daha sonra Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirib.
Vüqar Biləcəri müsahibələrinin birində deyir ki, “uşaqlıqdan meyxanaya həvəsim olub. Böyük ustadları dinləmişəm. Ən çox da Məşədi Babanı”.
Meyxanada və qəzəldə sevənləri tərəfindən ustad adlandırılan Vüqar Biləcəri ustadı olmadığını, yalnız Oqtay Kamilin onu dəstəklədiyini deyirdi. Özünüzə kimi rəqib görürsünüz sualına o hər zaman belə cavab verib “rəqib deməyək sadəcə sevib hörmət etdiyim sənətkarlar var” deyə qeyd edib. Bu sənətkarlar içərisində isə Rəşad Dağlının adını xüsusi vurğulayıb.
Vüqar Biləcəri bir çox yarış və müsabiqələrdə iştirak edib. Elə bu yarış və müsabiqələr sayəsində də tanınıb. Vüqar Paşayev “De Gəlsin” verilişində iştirak edib və ikinci yeri tutub. Daha sonra Cümə Məscidində keçirilən dini yarışlar müsabiqəsində birinci olub. Vüqar Biləcəri eyni zamanda Urmiyada hər il İmam Rza Əleyhsalam adına keçirilən şeir müsabiqələrinə də qatılıb və İmam Rza adına dediyi şeirlə ilk yeri tutub. Meyxana sahəsində ustadı olmayan Vüqar Biləcəri qəzəl yazmaq bacarığını ona Allah tərəfindən verildiyini, bundan başqa Nəsimi, Əliağa Vahid və Füzuli yaradıcılığını mütaliə etməklə əldə etdiyini deyirdi. Elə Biləcərini sevənlər də onu “Əruzun sonuncu mogikanı”,”Əsrin Füzulisi” adlandırırlar. Onun adı Aydın Xırdalandıdan sonra əruz janrında yazan və deyən meyxanaçıların önündə gəlirdi. Hətta Aydın Xırdalanlının ölümündən əvvəl dediyi “Biləsən şair” rədifli meyxanası da xüsusi xiridarlar tərəfindən böyük marağa səbəb olub.
Vüqar Biləcərinin ölüm səbəbi məlum deyil, ancaq onun uzun müddətdir xəstə olduğu deyilir. Hətta son çıxışlarında insanlar ona “ustad, nə olub”? “arıqlamısız”? “rənginiz qaralıb” kimi rəylər bildiriblər. Vüqar Biləcəri bu gün Hökməli qəsəbəsində dəfn olunub.
Sosial şəbəkələrdə Vüqar Biləcərinin ölümündən sonra sevənlərinin onun haqqında söylədikləridə xüsusi diqqət çəkib. Elə sənət yoldaşı Kərim Abinin də onun haqqında dedikləri diqqətçəkəndir:
“Vüqar Biləcərinin dindar olduğunu, әhlibeyt şairi kimi tanındığını hamımız bilirik. Vüqarın 33 yaşı var idi, İslama görә bu, kamillik, cәnnәt yaşıdır.
Bu gün Aşura günüdür vә karantinlә әlaqәdar әzadarlar bu il bu günü qeyd edә bilmәyәcәkdilәr. Lakin, Vüqarın dәfnindә Vüqara ağlayaraq İmam Hüseynin, Hәzrәt Әbәlfәzlin, adını çәkib, sinә vurdular. Aşuranın keçirilmәdiyi, toplanmanın qadağan olunduğu vaxtda ölümü il Kәrbәla şәhidlәrinin әzadarlarını başına yığıb, son dәfә özü dә onlarla birlikdә yas saxladı.
Rәhmәt sәnә, әruzun şahı. Çox böyük insan idin, çox…”
Aytəkin Cəlali