11 yaşlı Coanna və onun 6 yaşındakı bacısı Cakuelinin başına gələnlər uzun illər hər kəsi şoka salıb. 5 may 1957-ci il tarixində avtomobil qəzasında dünyasını dəyişən bu bacılar ölümündən sonra da çox danışılıb.

Bacıların ölümündən sonra Con və Florens Pollok cütlüyünün əkiz qızları dünyaya gəldi. Əkizlərdən biri olan Cenniferin belində və alnında, eynilə rəhmətlik bacısı Cakuelindəki doğum ləkəsindən var idi.

Pollok cütlü, Pollock əkizləri, əkizlər, bacılar, renkarnasiya hadisəsi, Azərbaycan, Türkiyə

Ailə əkizlər 3 aylıq olanda başqa bir evə köçdülər.

Əkizlər 2 yaşında ikən, valideynlərindən ölən bacılarına aid oyuncaqları istəyir. Axı, onlar bacılarını heç görməyib və oyuncaqların varlığından da xəbərsizdirlər. Valideynlər əvvəlcə təəccüblənsə də, oyuncaqları əkizlərə verir. Əkizlər oyuncaqlara eynilə bacıların qoyduğu adı qoyur. Ailə ikinci şoku yaşayır.

Ailə yenidən köhnə evlərinə qayıdanda, hələ 3 aylıq ikən bu evə köçən əkizlər demək olar ki, bütün yolu əzbərə bilirlər. Əkizlər ölən bacılarının oxuduğu məktəbi göstərərək, “bizim məktəb” deyirlər.

Pollok cütlü, Pollock əkizləri, əkizlər, bacılar, renkarnasiya hadisəsi, Azərbaycan, Türkiyə

Məşhur psixoloqdan əkizlərə dəstək
O dövrün məşhur psixoloqu olan Stevenson hadisədən xəbərdar olur və əkizləri tapır. Stevenson 14 fərqli hadisədən söz açdığı bir kitabda əkizlərə də yer ayırır. Psixoloq 40 il renkarnasiya hadisəsi barədə araşdırma aparır. Lakin son olaraq, belə bir qərara gəlir ki, əkizlərin məsələsini həll etmək heç bir zaman mümkün olmayacaq. Bu sirli hadisə uzun illər hərkəsin maraqlandıracaq.

Mübariz ZƏKİ