AFAD-dan verilən açıqlamada Kahramanmaraşın Pazarcık rayonunda 7,7, Kahramanmaraş vilayətində isə 7,6 bal gücündə zəlzələlərdən sonra 11 min 20 artçı təkanın meydana gəldiyi bildirilib. Son məlumata görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 45 min 89 nəfər həyatını itirib, 1 milyon 971 min 589 vətəndaş isə bölgədən təxliyə edilib. AFAD, PAK, JAK, JÖAK, DİSAK, Sahil Mühafizəsi, DAK, Güvən, Yanğından Mühafizə, Xilasetmə, MEB, QHT-lər və beynəlxalq axtarış-xilasetmə personalından ibarət ümumilikdə 6368 nəfərin vəzifəsini davam etdirdiyi qeyd edilib. Bundan əlavə, təbii fəlakət bölgəsində əsasən ekskavator, evakuator, kran, dozer, yük maşınları, su, qoşqu, qreyder, tozsoran olmaqla ümumilikdə 18 min 40 texnikanın istifadə edildiyi bildirilib.