Corc Oruellin “1984” romanı nəşr olunduğu dövrdə çox populyar idi və bu gün də bu populyarlığını saxlayır. Onun populyarlığı bu yaxınlarda daha da artdı, belə ki, “1984” Stiven Kinq, Devid Boui, Mel Gibson və Kit Harrinqton kimi bir çox ulduzun sevimli kitablarından biri kimi qeyd olundu. Bəzilərinin iddia etdiyi kimi kitab, nəhayət, Oruellin distopik vizyonuna nail oldu və 2017-ci ilin əvvəlində yenidən bestseller siyahısına düşdü.

Aşağıda Oruellin sirli romanı ilə bağlı bilinməyən 10 faktı sizlərə təqdim edirik.

1. Oruell “1984”ü yazmadan əvvəl İkinci Dünya müharibəsi zamanı BBC-də Britaniya hökumətinin təbliğatçısı kimi çalışıb. (Bəlkə də, təbliğat sənayesini ətraflı görmək “1984” onun tənqidi təsvirinə səbəb oldu.)

 

2- Oruell əvvəlcə 1980, sonra 1982, daha sonra 1984 adına qərar verməzdən əvvəl kitab 1948-ci ildə yazıldığı üçün bəziləri deyirlər ki, Oruell kitabın yazıldığı ili tərsinə çevirərək belə bir başlıq planlaşdırıb. O, həmçinin, romanına “Avropada sonuncu adam” adını verməyi də düşünürdü.

3. Oruell romanını yazarkən vərəmlə mübarizə aparırdı. Xəstəlik onu ölümünə apardı və Oruell “1984” kitabını nəşr etdikdən yeddi ay sonra dünyasını dəyişdi. Onun ölümünün yeganə səbəbi bu idi.

4. Uşaqları ilə istirahət üçün qayıqda gəzintidə olarkən, Oruell dənizə yıxıldı və az qala, öləcəkdi. Nə yaxşı ki, nə bu hadisə, nə də vərəm onun romanını bitirməsinə mane olmadı.

5. İronik bir qeyd də yazaq ki, Oruell romanında hökumət nəzarəti ilə bağlı xəbərdarlıq edərkən özü də hökumət nəzarətində idi. Britaniya hökuməti Oruellin sosialist baxışlarına malik olduğuna inandığı üçün onun arxasınca getdi. Bu nəzarət o, İngiltərədəki yoxsulluq və aşağı siniflər haqqında əsl hekayə olan “The Road to Wigan Pier” kitabını nəşr etdikdən sonra başladı.

6. “2 + 2 = 5” şüarı; Bu, Rusiyadan qaynaqlanır, o, kommunist rejimindən, bir növ, şüar kimi istifadə edərək onlara beşillik planlarının məqsədlərinə cəmi dörd il ərzində çatmağa kömək edir. Şüar bu gün totalitar beyin yuyulması problemlərini həll etmək üçün istifadə edilsə də, bu, Oruell tərəfindən ilk dəfə deyildi.

7. Oruell romanında bu rus təbliğatının yanında bəzi yapon təbliğatından da istifadə etmişdir. Məsələn, “Düşüncə Polisi” Yaponiya müharibəsi zamanı “qeyri-milli ideyaları” olan yapon vətəndaşlarını həbs edən gizli polisə əsaslanır. Onların rəsmi adı Kempeitai və işləri “Düşüncə Döyüşü” adlanır.

8. Oruell BBC-də propaqandist işlədiyi vaxt 101 saylı konfrans zalı var idi. Bu, onun dəhşətli səhnələrini qurduğu salon idi və buna görə onu daha da dəhşətli edirdi.

9. Oruellin dostları və ailəsinin dediyinə görə, kitabının baş qəhrəmanı Uinston Smitin Culiya ilə maraqlanması onun ikinci həyat yoldaşı Sonia Brownelldən ilhamlanıb.

10. Bu kitab məşhur olsa da, dünyada ən çox qadağan olunmuş kitablar siyahısında ilk onluğa daxildir. Bəzi insanlar kommunist yönümlü fikirlər ehtiva etdiyi üçün bunu qadağan edib, bəziləri isə antikommunist olduğu üçün. Nə olursa, olsun, totalitarizmə qarşı xəbərdarlıq edən kitabın tez-tez senzuraya məruz qalması ironik sayıla bilər.