Hər il yanvar ayında təşkil olunan İstehlakçı Elektronları Sərgisi – CES bu il də davam edir.

Texnologiya markalarının sərt rəqabət apardığı sərgidə yeni nəsil texnologiya məhsullarının ən yaxşıları da bəlli olmağa başlayıb.

Mobil cihazlar kateqoriyasında da üstünlər açıqlanıb.

89 nəfərdən ibarət sektorun mütəxəssislərinin rəyinə görə, paneldəki ən yaxşı smartfon Galaxy A51 5G-dir.

ASUS-un ROG Phone 3 adını verdiyi oyunçulara yönəlik ağıllı telefonu isə termal həll yolu və üstün səs səviyyəsi ilə mükafata layiq görülüb. Sadə, ancaq futuristik dizaynı ilə fərqlənən Kunai Gamepad də mükafat alıb.

One Plus 8 Pro-nun lider smartfon adlandırıldığı mobil cihazlar kateqoriyasında tam siyahı belədir:

 Asus ROG Phone 3 & Asus ROG Kunai 3 Gamepad

LG Wing

LG Velvet 5G

TCL 10 5G UW

Samsung Galaxy Z Flip 5G

Samsung Galaxy Note20 5G / Note20 Ultra 5G

Samsung Galaxy A51 5G