Bu gün bütün dünyada işıqlar 1 saatlığına söndürüləcək.

Ümumdünya Vəhşi Təbiət fondu tərəfindən təşkil edilən aksiya ilk dəfə (WWF) tərəfindən “The Sydney Morning Herald” qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. WWF-nin məlumatına görə onu hər il 1 milyard əhali keçirir.

İkinci ildir ki, onlayn formatda keçirilən aksiyada nə etmək lazımdır?

Yer Saatı adlanan aksiya bizə təbiətin qorunmasının vacibliyini haqqında düşünməyə imkan yaradır. Siz də bu gün saat 20:30-da işıqları 1 saat ərzində söndürməklə qlobal aksiyanın iştirakçısı ola bilərsiniz.

Ölkəmizdə isə rəsmi olaraq 2011-ci ildən “Yer saatı” kampaniyası qeyd edilir. Elə həmin il keçirilən ilk tədbirdə Bakıda Qız Qalasının ışıqları 1 saat müddətinə söndürülüb. IDEA İctimai Birliyi 2014, 2015, 2017 və 2018-ci illərdə Dünya Vəhşi Təbiət Fondunun (WWF) “Yer saatı” beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə edib.

 

Mübariz Zəki