Daun sindromu 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu “monqolizm” adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin “monqolizm” adlandırılmasına etirazından sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə “Daun sindromu” adını alıb.

Xəstəliyin əlamətləri nələrdir?

Bu uşaqlar bir-birlərinə oxşayır. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Yəni monqoloid irqinə mənsub insanlara bənzəyirlər. “Monqolizm” adı da bu səbəbdən işlədilib. Bu xəstələrdə görmə pozğunluğu da müşahidə olunur. Qulaqları zəif inkişaf edir. Skeletin normal inkişafı pozulduğu üçün daun sindromlu körpələr oturmağı və yeriməyi gec öyrənir. Həzm və qan-damar sistemində ciddi patalogiyalara rast gəlinsə də, ifrazat sistemində elə də kənaraçıxma çox olmur. İmmun sistemləri zəif olduğu üçün əstəliklərə daha tez tutulurlar.  Xüsusi ilə də bədxassəli şişlərə tutulma riski çox böyükdür. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf etməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının pozulmasına gətirib çıxarır.

Daun irsi xəstəlikdirmi?

35-40 Yaşlı Hamilə Qadınları Gözləyən Böyük Təhlükə

Daun sindromu irsi xəstəlikdir

Daun irsi xəstəlikdir və xəstəlik uşağa yalnız anadan keçir. Bu sindroma əsasən 35 yaşından sonra hamilə qalan və irsi genetik xromosom dəyişiklikləri olan qadınların körpələrində rast gəlinir. Daun sindromu ilə uşaq doğma ehtimalı 35-40 yaşlı qadınlarda 10 dəfə, 40 yaşdan yuxarı olanlarda 100 dəfə çoxdur. Yəni burada atanın yaşının heç bir fərqi yoxdur. Çox vaxt irsi xəstəlik dedikdə elə hesab edirlər ki, daun nəsildən keçir: əgər nəsildə kimdəsə daun sindromu olubsa, nəvə, nəticə bu xəstəliyə tutulacaq. Ancaq bu, belə deyil. Xəstəlik yalnız ananın orqanizmindəki xromosomlardan asılıdır. Son vaxtlar gənc qızların qanlarında çox sayda mikroblar aşkar edilir. Valideynlər elə başa düşürlər ki, daun xəstəliyinə səbəb də elə bu mikroblardır. Onlar elə hesab edirlər ki, mikroba qarşı müalicə aparıldıqdan sonra körpə sağlam doğulacaq.

Hansı səbəblərdən dünyaya gələn uşaq daun sindromlu ola bilər?

*Bu xromosomlarda gedən dəyişiklik, mutasiyalar zamanı.
*Daun sindromunu törədən səbəblərdən biri də tərkibində purin alkaloidləri – kofein, teobromin, teofillin olan maddələrin çox qəbul edilməsidir.
*Ananın yaşı çox olduqda.

Unutmayaq ki onlarda bizim, bəşəriyyətin ayrılmaz bir parçasıdır.

Psixoloq Bəşirli Xanım