Qarabağ müharibəsi zamanı Bakı küçələrini Azərbaycan bayrağı ilə yanaşı Türkiyə və Pakistan bayraqları da bəzədi.
Vətəndaşların bu hərəkəti iki ölkənin döyüşlərdə Azərbaycan ordusuna verdiyi mənəvi dəstəyə görə təşəkkür ifadəsi idi.
Bilgisel.az Pakistan bayrağı ilə bağlı maraqlı faktları təqdim edir.
Pakistan bayrağı 1906-cı ildə Hindistan müsəlmanları üçün dizayn edilib.
Bayrağın yaradıcısı vəkil, Pakistan hərəkatının lideri Seyid Əmir-uddin Kedvaidir.
1947-ci ildə isə Pakistan bayrağı kimi təsdiq edilib.
Bayraqda yer alan yaşıl hissə İslamı, ağ hissə isə digər dinləri təmsil edir. Aypara dövlətin daim inkişafda olduğunu, beşguşəli ulduz isə gələcəyi və intibahı simvolizə edir.
Pakistan bayrağı Delhi sultanlığı, Osmanlı və Monqol İmperiyalarının bayraqlarından ilhamlanaraq hazırlanıb.