Antarktidanın buz örtüyünün sahəsi sürətlə əriməyə davam edir və 1979-cu ildən indiyə qədər ən aşağı səviyyəyə düşüb.
Qeyd olunan göstərici 1979-cu ilin rekordundan 136 min kvadrat kilometr çox olub ki, bu da Tasmaniya adasından iki dəfə böyükdür. Buzlaqların əriməsi rekord sürətlə davam edir ki, bu da qlobal iqlim dəyişikliyinə səbəb ola bilər.
Ekspertlərin fikrincə, Antarktida buzlarının əriməsi dünya okeanlarında suyun səviyyəsini xeyli yüksəldə bilər və əsas problem “Qiyamət buzlaqı” kimi tanınan “Tueyts” buzlağıdır. Buzlaq Amundsen dənizində yerləşir.
Onun əriməsi dünya okeanlarında suyun səviyyəsinin yarım metr artmasına səbəb ola bilər.