PlayStation Showcase 2023 çərçivəsində bir sıra yeni oyunlar tanıdıb. Amma Sony maraqlı oyunlarla yanaşı şirkətin aparat yeniliklərini də paylaşdı. Bir müddətdir sızıntıları ilə gündəmdə olan portativ PlayStation konsolu Project Q nəhayət açıqlayıb. Bununla belə, bu cihaz istifadəçilərin gözlədiyi kimi Steam Deck-in rəqibi olmayacaq. PlayStation Project Q PS5 konsolunu cibinizə gətirir Sony, PS5 oyunlarını portativ şəkildə oynamağı mümkün edəcək yeni konsolunu elan etdi. PlayStation Showcase 2023 sərgisində təqdim edilən yeni Project Q ekran və DualSense-ə bənzər nəzarətçidən ibarətdir.