İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Buna görə müəllimlər daima özlərini inkişaf etdirməli və mütaliyəyə çox vaxt ayırmalıdırlar.
Bu peşənin tədrisinə başlayacaq yeni, gənc müəllimlər nəyi və necə edəcəklərində bir qədər çətinlik çəkirlər və müəyyən tövsiyələrə, məsləhətlərə ehtiyac duyurlar.
Son on ildə çıxan elmə, təhsilə yönəlmiş həm müəllimlərə, həm şagirdlərə öyrənmək metodlarını göstərən kitabları sizə təqdim edirik:
“Uşağım məktəbi sevmir” – Peter Qrey
Sərbəst oyun müdafiəçilərindən olan Peter Qrey uşaqların məcburi təhsilin açdığı problemlərdən azad olunmasının tərəfdarıdır. O, bu kitabında uşaqların zövqlərinə uyğun əyləncələRndən məhrum qalmayaraq təhsilə davam edə biləcəklərinin mümkün olduğunu qeyd edib.
“Öz” – Ken Robinson
Dünyada TED çıxışları ilə məşhurlaşan təhsil eksperti Sir Ken Robinsonun kitabı 30 milyondan çox izlənmiş “Məktəblər yaradıcılığı öldürür” adlı TED nitqinin genişləndirilmiş formasıdır. Robinsona görə insanlar özlərini tanıdıqlarında, bu onlar üçün yaradacılığın inkişafı və uğur qazanmaq baxımından pik həddə çatır.
“Cahil müəllim” – Jak Ranser
Cosef Yakotot şagirdlərinə öz-özlərinə fransız dili öyrənməyə rəhbərlik edir. YaKtotot bildirir ki: Bu kitab bilən ilə bilməyənin, öyrədən ilə öyrənənin bərabərliyindən bəhs edir.
“Oyunun gücü” – David Elkind
Günümüzdə ana və atalar uşaqlarını öyrənməyə məcbur etmədikdə, yaşıdlarından geri qaldıqlarını düşünürlər. Lakin David Elkind bildirir ki, uşaqların sağlam böyüməsində və zehni inkişafında oyun oynamaq vacib rol oynayır.
“Bir qurbağa kimi sakit və diqqətli”- Elin Snel
Hazırki uşaqlar olduqca hərəkətli, gərgin və eyni zamanda diqqətsiz olurlar. Bəs diqqətli və sakit olmaqları üçün onlara necə kömək edə bilərik? Elin Snelin yazdığı 5-12 yaş arası uşaqlara və onların valideynlərinə aid olan bu orijinal kitabda faydalı məlumatlar verilib.
Əzm
Psixoloq və yazıçı Angela Dakvörz kitabında bacarıqlı olmağın sirlərinə dair yeni məsləhətlər verir. O, öz bacarıqlarına güvənməyib, amma əzmlə çalışaraq məqsədlərinə çatan insanlardan nümunə göstərir.
Ülkər Abdurahmanlı