Dünya tarixdə dərin iz buraxmış şəxsiyyətlərlə zəngin bir məkandır. Onlar dünyadan getsələr də, heç vaxt yaddaşlardan silinmirlər. Belə şəxsiyyətlərdən biri də Sinqapur siyasətçisi, ölkənin üçüncü Baş Naziri, Sinqapur iqtisadi möcüzəsinin yaradıcısı Li Kuan Yudur.
Bilgisel.az siyasətçinin həyatı və fəaliyyəti barədə maraqlı faktları təqdim edir.
O, 1923-cü ildə Sinqapurda çinli ailəsində anadan olub.
Balaca Li əvvəlcə Sinqapur məktəblərində – Telok Kurau məktəbində, Rafflz İnstitutunda, Sinqapur Milli Universitetində təhsil alır, daha sonra 1945—1949-cu illərdə təhsilini Kembric Universitetində davam etdirir.
Yerə tüpürən, siqaret çəkən şəxslər cərimə edilirdilər
Təhsilini bitirdikdən sonra Li, 1949-cu ildə vətənə qayıdır. 1950-ci ildən Sinqapurun “Laycock and Ong” şirkətində vəkil kimi çalışır, həmçinin həmkarlar ittifaqı hərəkatında fəaliyyət göstərir.
1954-ci ildə “Milli Hərəkat Partiyası”nın baş katibi seçilir. Partiya 1959-ci ildən hakimiyyətə gəlir və həmin ildən 1990-cı ilədək baş nazir postunu tutur. 1990-2004-cü illərdə Qo Çok Tonqun hökumətində böyük nazir vəzifəsini tutur. 2004-cü ilin avqustunda oğlu Li Syanlun baş nazir təyin olunur və o nazir-menton (hami) vəzifəsinə təyin edilir. 2011-ci ildə bu vəzifədən istefa verir.
Maraqlısı odur ki, Li Kuan hakimiyyəti dönəmində həyata keçirdiyi metodlarla digər siyasətçilərdən fərqlənib. Li Kuan Yu özünü xalqının atası sayırdı. O, kapitalizm və sosializmin faydalı ideyalarını götürüb ölkəsində tətbiq edirdi. Yunun qoyduğu qaydalar sayəsində dövlət vətəndaşlarının zəngin yaşamalarına yardım göstərirdi. Bu səbədən Sinqapur bölgədə həyat səviyyəsinə görə Yaponiyadan sonra ikinci yerdə durur.
Li Kuan Yu çalışırdı ki, onun kiçik elektron çipləri arasında qayda-qanun hökm sürsün. O, çox sərt qanunlar qəbul etdirir. Yerə tüpürən, ictimai yerlərdə siqaret çəkən, yerə istifadə olunmuş kağız atan, şəhərin mərkəzində maşın saxlayan, suyu lazımsız istifadə edənlər 1500 frank cərimə olunurlar.
Kişilər həmişə şalvarda gəzməli, qadınlar isə havanın temperaturundan asılı olmayaraq corab geyinməlidirlər. Maşınların sürəti saatda 80 kilometri ötməməlidir. Bütün şəhər video kamera ilə təchiz olunub.
Vətəndaşların kimə gəldi səs verməməsi üçün bülletendə seçicinin pasport nömrəsi yazılır. Buna görə o Sinqapuru dünyanın ən demokratik dövləti sayırdı.
Oğurluq, narkotik maddələrdən istifadə, zorlama və korrupsiyaya görə dar ağacından asılma cəzası hökm sürür. Qamçı ilə cəzalanma indiyə qədər tətbiq olunur.
Onun tərəfindən mətbuata ciddi senzura qoyulub. Qəzetlərə seksdən və siyasətdən yazmaq qəti qadağan olunub.
Diplomsuz ikinci uşaq dünyaya gətirən qadınlar cərimələnir
Baş nazir apardığı müşahidələrdən belə qəanaətə gəlir ki, ağıllı kişilərin əksəriyyəti gözəl, lakin çox ağıllı olmayan qadınlarla ailə qururlar. Nəticədə ağıllı qadınların əksəriyyəti subay qalırlar. O, 1982-ci ildə diplomlu qadınlarla ailə quran kişilərin yüksək məbləğdə mükafatlandırılması barədə qərar çıxarır. Həmin qərara görə, dünyaya ikinci uşaq gətirən diplomsuz qadın cərimələnir.
Li Kuan Yu istedadlı uşaqlar üçün yeni məktəblər tikdirirdi. O, belə hesab edirdi ki, ailədə uşaqların sayı ikini ötmədikdə onlara yaxşı təhsil vermək olar. Buna görə də, üçüncü uşağın dünyaya gəlməsinə qadağa qoymuşdu.
Li Kuan Yu öz eksperimental ölkəsini “Asiya İsveçrəsinə” çevirə bilmişdi. Ancaq elə şeylər var ki, polis də onun qarşısında acizdir. Baş nazir bunu çıxışlarının birində belə açıqlayıb: “Çinliləri hər şeyə məcbur etmək olar, lakin onlara muncuq oynamağı qadağan etməyi heç kim bacarmaz”.
Görkəmli dövlət xadimi Li Kuan Yu 2015-ci ilin martında dünyasını dəyişdi. Onunla vidalaşmağa 450 mindən çox sinqapurlu gəlmişdi. Bu qəribə insanın xatirəsini yad etməkdən ötrü bəziləri on saatdan çox növbə gözləyirdi. Ölkədə səkkiz günlük ümummilli matəm elan edildi. Sinqapurun ata banisinin qəbri üzərində parlamentarilərin ingilis, tamil və mandarin dillərində çıxışları səsləndi.
Gülayə Məcid