Dünya ölkələrinin bəzi şəhərləri var ki, onlar yaşamaq üçün ən əlverişli şəhərlərdir.

 

Avstriyanın paytaxtı Vyana yaşamaq üçün dünyanın ən yaxşı şəhəri hesab olunur. Bu şəhər 10 il dalbadal bu siyahıya başçılıq edib.

 

Yaşayış keyfiyyəti araşdırmalarına dair “Mercer” reytinqinə görə, dünya şəhərləri siyahısında Vyanadan sonrakı yerləri  İsveçrənin ən böyük şəhəri Sürix, Yeni Zelandiyanın Oklend, Almaniyanın Münhen ve Kanadanın Vankuver şəhərləri tutur. Dünya şəhərləri içərisində ən təhlükəsiz şəhər isə Lüksenburq hesab olunur. Lüksenburqun ardınca Finlandiyanın paytaxtı Helsinki və İsveçrənin iki şəhəri – Bazel, Bern və şəhərləri gəlir.

 

Dünyanın ən təhlükəsiz 10 şəhəri

 

“Mercer” reytinqinin hesablanmasında siyasi sabitlik, cinayətkarlığın səviyyəsi, insan haqları və şəxsi azadlıqlar, səhiyyə və təhsilin səviyyəsi, yaşayış evlərinin keyfiyyəti, ictimai nəqliyyatın işi və asudə vaxtın keçirilməsi imkanları nəzərə alınıb.

 

Yaşamaq üçün ən yaxşı şəhərlər siyahısının ilk 10 şəhəri bunlardır:

 

Vyana

Vyana - ən yaxşı şəhər

Dünyada Yaşamaq Üçün Ən İdeal Şəhər

 

 

Sürix

Ən gözəl şəhər

İsveçrənin şəhəri

 

Vankuver

Kanadanın şəhəri

Dünyada Yaşamaq Üçün Ən İdeal Şəhərlər

 

Münhen

Dünyada Yaşamaq Üçün Ən İdeal Şəhərlər

Almaniyanın Münhen şəhəri

 

Oklend

Dünyada Yaşamaq Üçün Ən İdeal Şəhərlər

Yeni Zellendiyanın şəhəri

 

Düsseldorf

Dünyada Yaşamaq Üçün Ən İdeal Şəhərlər

Almaniyanın qərbində yerləşən şəhəri

 

Frankfurt

Dünyada Yaşamaq Üçün Ən İdeal Şəhərlər

Almaniyanın Frankfurt şəhəri

 

Kopenhagen

Dünyada Yaşamaq Üçün Ən İdeal Şəhərlər

Danimarkanın Kopenhagen şəhəri

 

Cenevrə

Dünyada Yaşamaq Üçün Ən İdeal Şəhərlər

İsveçrənin Cenevrə şəhəri

 

Bazel

 

Dünyada Yaşamaq Üçün Ən İdeal Şəhərlər

İsveçrənin şimal-qərbində şəhər

 

Bakı dünya şəhərləri arasında 195- ci sıradadır

 

Azərbaycanın paytaxtı Bakı isə 231  şəhər arasında 195-ci yerdədir.

 

Axırıncı yerdə isə İraqın paytaxtı Bağdad şəhəri yer alır. İllərdir ki, vətəndaş müharibəsinə sürüklənmiş Suriyanın paytaxtı Dəməşq isə Bağdaddan altı sıra yuxarıda gəlir.

 

Şəxsi təhlükəsizliklə bağlı ən pis şəhərlər arasında Dəməşqdən sonra Banqi (Mərkəzi Afrika Respublikası), Səna (Yəmən), Kinşasa (DR Konqo), Bağdad (İraq) və Kəraçi (Pakistan) şəhərləri də var.

 

Aydın Nuri