2020-ci ildə koronavirus pandemiyası səbəbindən bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bütün təhsil müəssisələrində tədris martın 3-dən Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb. Dərslər müəyyən müddət onlayn davam etsə də, artıq yay tətilidir, şagirdlərin yetərincə boş zamanı var. Bu zamandan dil öyrənmək üçün faydalana  bilərik.

Tətil bitənə qədər bir dil öyrənmək istəyirsiniz? O aman Bilgisel  əməkdaşının öz təcrübəsindən yola çıxaraq hazırladığı məqamlara diqqət edin!

Sözlərlə tanışlıq

Pulsuz ingiliscə öyrən

İngiliscə sözlər öyrən

Sözləri öyrənməzdən əvvəl onların tələffüzünə diqqət yetirin. Öyrəndiiyiniz dildə musiqilər dinləmək, filmlər izləmək bunun ən yaxşı yoludur.

Daha sonra lüğəti qarşınıza qoyub, sözləri tələffüz etməyə çalışın.

Dinləyin

Pulsuz xarici dil öyrən

İngilis dili dinləmə

Əvvəlki mərhələdə tanış olduğunuz kimi, bu mərhələdə də yenə musiqilər və filmlər köməyinizə çatar. Bəzi Youtube kanallarında, film saytlarında videoların altında) altında öz dilinizdə alt yazılar var. Mənanı bu yazılardan anlayıb, diqqətlə dinləsəniz, sözlər yadınızda qalar.

Sözləri öyrənməyə başlayın

Pulsuz xarici dil öyrən

Xarici dil öyrənmək üçün söz öyrən

Artıq tələffüz edə bildiyiniz sözləri öyrənməyin vaxtı gəlib çatdı. Bu mərhələnin özü də bir neçə hissəyə ayrılır. Unutmayın, sözləri əzbərləməyə çalışmaq sadəcə işinizi çətinləşdir. Əvvəlcə, ən çox istifadə edilən və dilinizə ən yaxın olan ingiliscə sözlərlə tanış olun.  Bu dildə çox işlənən sözləri  özünüz artıq dinləmə mərhələsində öyrənmiş olacaqsınız.

Sözləri öyrənəndə edilən ən böyük yalnış sözönlərini və yardımçı feilləri onlarla

qarışdırmaqdır. Bu zaman birdən çox mənası olan sözləri öyrənmək çətinlik yarada bilər.

Sözləri əzbərləmədən necə öyrənək?

Pulsuz xarici dil öyrən

İngilis dilində söz əzbərləyin

Bunun birdən çox maraqlı yolu var! “KO-KO” və Davinçi üsulu ilə söz öyrənmək idealdır. İnternetdə bununla bağlı bir çox məqaləyə rast gələ bilərsiniz.

Qarşınıza çıxan ingiliscə sözlərin hamısını bir vərəqə qeyd edib, asudə vaxtınızda tərcümə edərək öyrənmək də sizin üçün yaxşı olacaq.

Cümlə qurmağa doğru addımlar

Pulsuz xarici dil öyrən

İngiliscə cümlə qurmağa başla

Bir aydır sözdən başqa bir şey öyrənməmişik. Ancaq tələsməyin! Bundan sonrakı addımlar sürətlə gerçəkləşəcək. Tez cümlə qurmağa çalışmayın, əvvəlcə sözönünləri və zamanları öyrənin. İngiliscə ödənişsiz dərslərdən də kömək ala bilərsiniz.

Demək olar ki, hazırsınız

Pulsuz xarici dil öyrən

Artıq ingiliscə danışmağa hazırsan

Bu mərhələ tamamilə təcrübəyə dayanır. Bu zaman yenidən baxdığınız filmləri izləyin, musiqləri dinləyin. Görəcəksiniz ki, artıq cümlələrin çoxu sizə aydındır. Hamısını eşidib başa düşmək bir az çətin olacaq. Bunun üçün bəzi söhbət proqramlarıyla xarici insanlarla əlaqə qura bilərsiniz.

İngiliscə altyazılı yemək hazırlama videoları, cizgi filmlər və oyunlar da öyrənmək üçün əlverişlidir.

Artıq hazırsınız! Filmlər və musiqilər vasitəsilə həm tez, həm də əylənərək ingilis dilini öyrənə bilərsiniz. Əgər bu dili öyrənib bitirsəniz, bir sonrakı hədəfiniz yazıldığı kimi oxunan ispan dili ola bilər. Lakin unutmayın ki, bir dili tam öyrənib bitirmək olmur, qarşınıza yeni sözlər və qısaltmalar (4ever, LOL) hər zaman çıxa bilər.  Unutmayın ki, doğma dilimizdə də bəzi sözlərin mənasını anlamaq üçün izahlı lüğətdən istifadə etməli oluruq.

 

Mehparə Hümmətova