Son aylar gündəmi zəbt edən yeni tip koronavirusun müalicəsi  üçün peyvənd hazırlanması sürətlə davam edərkən, müsbət irəliləyişlərin olduğu xəbərləri də ard-arda gəlir. Bəs təkmilləşdirilən vaksinlərin qiyməti nə qədər olacaq?

Covid-19 ilə mübarizənin öndə gələn qurumlarından biri olan “BioNTech” tərəfindən verilən açıqlamaya görə, təkmilləşdirilən peyvəndin bir dozası üçün qiyməti təxminən 20 dollar olaraq təyin edilib. Nəzərə alsaq ki, hər xəstə üçün iki doza vaksinə ehtiyac var, peyvəndin ümumi qiyməti 40 dollar olaraq müəyyən olunur.

Bu da öz növbəsində ölkəmizdə adambaşına peyvənd xərcinin təxminən 68 azn olacağını deməyə əsas verir.

Bir çox ölkələrdə bu xərclərin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.

Fərqli qurumlar vaksin üçün fərqli qiymətlər də tətbiq edə bilər.

 

Məryəm Hüseyn