Mozaika eyni, yaxud müxtəlif  materiallardan düzəldilən  təsvir   və  ya  naxışdır. Mozaika muzalara – ilham  pərilərinə  həsr  olunan  əsərlərdir. Monumental –  dekorativ  sənətin əsas  növlərindən olan  mozaikadan  dekorativ  tətbiqi  sənətdə, bəzi  hallarda  isə  dəzgah incəsənətində istifadə  edilir. Bu sənətinin tarixi qədim dövrlərə söykənir. Qədim şərq  ölkələrində  belə nümunələri rast gəlmək mümkündür. Orta  əsrlərdən Bizans, İtaliya, Rusiya  və Gürcüstanda kilsə  mozaikaları  geniş  yayılıb. İstanbulda  Aya Sofya məscidində (2020 –ci ilədək muzey olub), Kiyevdə Sofiya  kilsəsində , XVI əsrdə  isə Qərbi Avropada daş  lövhələrdən  düzəldilən  dekorativ  mozaikalar tapılıb.  Bu   sənət  o qədər inkişaf  etmişdi  ki ,  artıq  varlı təbəqənin nümayəndələri  özlərinə  mozaik  ustası   və köməkçiləri işə  götürürdü.

Mozaika   şablon  şəkildə  kəsilmiş   sadə  və mürəkkəb həndəsi  formalı xırda  material qırıqlarından  yığılır  və  əhəng , sement ,  mastika   yaxud  mumu  təbəqəsinə  yaxılır. Mozaika sənəti  təsadüfən düzülən  daşların şəklini xatırlatmasına  baxmayaraq əslində  bu iş  xüsusi bir   texnikaya  uyğun  şəkildə hazırlanır. Öncəliklə, mozaikanın   tətbiq ediləcəyi hissə  seçilir və  işə  başlanılır. Bu hissədə  qatran və  gips qarışdırılır . Bu da   mozaikanın  quruluşunun zamanla   divardan  ayrılmasının qarşısını  alır. Əsas  materiallar   təbii  daşlar  və  şüşədir. Mozaika  istehsalında keramika  materiallarına   üstünlük  verilsə də  ,insan üzü düzəldilməsində  mərmərdən  istifadə  olunur. Material divar ,  tağ  səthinə çəkilmiş üzlüyə  bərkidilir, tavana  vurulur, binaların  dekorasiyasında  və s. istifadə olunur.

 

Sizlərə dünyanın məşhur mozaika sənət nümunələrini təqdim edirik:

Türkiyənin Qaziantep  şəhərində yerləşən  “Zeuqma Mozaika Muzeyi” özündə 2000- dən çox olan muzaik nümunələr  saxlayır. Dünyada məşhur olan  “Qaraçı qız” mozaika  nümunəsi  də  bu  muzeydə  saxlanılır.

Qərbin Şərqdən götürdüyü İncəsənət

Moziakadan hazırlanmış “Qaraca qız” rəsmi

 

 

Orta  əsrlərdə Azərbaycanda tikililərdə mozaik  təsvirlərdən istifadə  olunub. Hətta , Şəki Xan  Sarayında  da  mozaik  təsvirlərdən  istifadə  edilib . Azərbaycanda  mozaika  sənəti  Böyük Vətən müharibəsi illərində  daha  geniş  yayılmışdır. Bakı  metropoliteninin “ Neftçilər ” (müəllifləri  A. Ağamalov , M.Qafarov) , “Nizami ” (müəllifi M. Abdullayev) stansiyalarındakı  işlər mozaika sənətinin  ən  gözəl nümunəsidir

“Nizami” metrostansiyasıda mozaik  nümunələri

Qərbin Şərqdən götürdüyü İncəsənət

Bakıda mozaika

 

“Leyli  və  Məcnun” kompazisiyası

Qərbin Şərqdən götürdüyü İncəsənət

“Leyli  və  Məcnun” kompazisiyası

Mozaika  sənəti   diqqətli   və  səbrli  olmağı  tələb  edən  sənət növüdür. Daşların  ustalıqla  düzülməsi  peşəkarlıq  tələb  edir. Bütün çətinliklərə baxmayaraq mozaikadan istifadəyə çox böyük önəm verilir.

 

Gülər Seymurqızı