Beynimizin nə qədər sirli və qəribə olduğunu göstərən və çox nadir rast gəlinən psixi pozuntular mövcuddur. Bu xəstəliklərdən bir neçəsini sizə təqdim edirik:

Erotomania

İlk Dəfə Eşidəcəyiniz Nadir Psixi Pozuntular

Hər kəsin özünə aşiq olduğuna inanır

Erotomania olduqca qəribə bir psixi xəstəlikdir. Bu xəstəliyə sahib insanlar, “Hər kəs mənə aşiqdir” deyə düşünürlər. Bu xəstəliyi daha da qəribə edən şey isə ümumiyyətlə xəstələrin özlərinə aşiq olduğuna inandıqları şəxslərin özlərindən çox daha üst statuslu, əksəriyyətinin də məşhur biri olmasıdır. Hətta özünə aşiq olduğuna inandığı adam açıq şəkildə aşiq olmadığını söyləsə belə xəstələri razı salmağa qane etməz. Bu problemi olanlar ətrafdakı hər kəsin ona aşiq olduğunu düşünürlər. Onlara elə gəlir ki, ətrafdakı hər kəs onlara heyrandır.

 

Quasimodo Sindromu

İlk Dəfə Eşidəcəyiniz Nadir Psixi Pozuntular

Bu şəxslər intihara meyilli olurlar

Bu dismorfik pozuntu kimi də bilinir. Bədənin dismorfik pozuntusu, insanın öz görünüşündə gerçəkdə var olmayan bir qüsur görüb şişirdilmiş şəkildə məşğul olması, həddindən artıq narahat olmasıdır. Dəri, üz, saç və burun sıxlıqla ən bəyənilməyənlər siyahısında başda gəlirlər. Bəzən kiçik, əhəmiyyətsiz sayılacaq bir qüsur da ola bilər, amma buna sanki dünyanın sonuymuş kimi reaksiya verərlər. Hətta bəzən intihara meyilli olurlar.

 

 “Alisa möcüzələr ölkəsində” sindromu

İlk Dəfə Eşidəcəyiniz Nadir Psixi Pozuntular

Xəstəlik yuxu zamanı da
özünü büruzə verir

Bu termin Luis Karrolun eyniadlı romanından götürülüb. Həmçinin Todd Sindromu və ya liliput hallüsinasiyası kimi də tanınır. Bu, insan dərrakəsinə təsir edən nevroloji vəziyyətdir. Xəstəliyə yoluxanlar mikropsiya, makropsiya və ya digər hissi vəziyyətlərin pozğunluğundan əziyyət çəkirlər. Hazırkı şəraitdə bu sindrom miqren, beyin xərçəngi və psixiaktiv dərmanlardan istifadə ilə əlaqədar yaranır. Simptom daha çox uşaqlıq dövründə müşahidə olunur. Xəstəlik yuxu tutmaları zamanı da müşahidə oluna bilər. Xəstəliyə beyin hissələrində anormal qan axının səbəb olan elektrik fəallığı da gətirib çıxara bilər.

 

 Stokholm sindromu

İlk Dəfə Eşidəcəyiniz Nadir Psixi Pozuntular

Qarətçilərdən biri ilə ailə həyatı qurdu

Əsir olaraq götürülmüş insanlarda psixoloji reaksiyaya verilən addır, həmin şəxs onu əsir götürən insana simpatiya, sədaqət,  hətta itaət hissləri ilə bağlanırlar. Adı keçən sindrom bəzən  həm də xanımını döymək, zorlama və uşaqlara ağır münasibət hallarında da yada düşür. Sindromun adı Stokolm(İsveç) şəhərində bank qarəti ilə əlaqədardır (23-28 avqust 1973). Adı keçən hadisə zamanı əsirlərin qarətçilərə simpatiyası və müdafiələrinə qalxması ilə yadda qalmışdı. Hətta qarətçilərdən biri ilə əsirlərdən biri daha sonra ailə həyatı qurmuşdular.

 

Likantropi

“Canavar adam” sindromu

İnsanın özünü canavar adam hesab etməsinə verilən addır. Bu termin ilk dəfə 1584-cü ildə istifadə edilməyə başlandı. Bu xəstəlikdən əziyyət çəkən insanlar öz ağız və dişlərinin şəklini dəyişdirdiyinə və bədəninin tükləndiyinə inanır. Baldır və qarın bölgəsində kiçilməsi düşüncələrinə görə ağrı və yanma hiss edirlər. Bəzən özünü canavar adam hesab edən bu şəxslər, ətrafdakı insanlara da zərər veriblər. Xüsusilə də, Avropada keçmiş zamanlardan günümüzə qədər bir çox dəhşətli cinayətlər törədilib. Bu cinayətləri törədən insanlara verilən adlar arasında “canavar adam” da yer alır.

 Kapqras sindromu

Şizofreniya əlaməti

Kapqras sindromu tanış adamların əvəzinə, onlara çox bənzəyən saxtakarların keçmiş olduğuna dair hallusinasiyalarla xarakterizə bir sindromdur. Bu sindrom nadir olaraq görülür və daha çox şizofreniya anlayışı içində yer alır. Bu psixi pozğunluq, ilk dəfə 1923-ci ildə Fransız psixiatr Kapqras tərəfindən ətraflı şəkildə təqdim edilmişdir. Psixiatr, mirasını əldə etmək və mülkünü əlindən ala bilmək üçün əvvəl ərinin və sonra qızının yerini alan saxtakarlardan – ya da həqiqətin tamamilə oxşarı olan surətlərdən – söz edən bir qadının halını qeyd etmişlər. Bu iki uc və ilişməli fikir, özündən başqa bir psixoloji narahatlıq ya da zehni pozğunluq ilə birlikdə ortaya çıxmadığı üçün daha da maraqlı və mürəkkəb bir hal almaqdadır. Bu sindrom şizofreniyanın bir əlaməti olaraq görülə bilər.

Məryəm Hüseyn