SpaceX”ın qurucusu Elon Maskın Koronavirus pandemiyası haqqındakı açıqlamaları “Microsoft”un qurucusu Bill Qeytsin reaksiyasına səbəb olub.
Qeyts verdiyi bir reportajda Maskı tənqid edərək, “Bilmədiyi mövzularda danışmasın” – deyə bildirib.
Bundan sonra Mask, Qeytsin açıqlamalarını vecinə almadığını göstərən bəzi paylaşımlar edib. Qeyd edək ki, Elon Mask daha öncə bir çox polemikada iştirak edib və həmişə də yumora üstünlük verib. İndi də Mask 64 yaşlı Bill Qeytslə rəsmən zarafatlaşıb.
Elon Mask Qeytsə cavabını Maykl Cekson “Billie Jean” mahnısı üzərindən edib. Maykl Cekson, “Billie Jean” adlı mahnısında “Billie Jean is not my lover” (Billie Jean mənim sevgilim deyil) sözlərinə yer verirdi. Maskın sosial şəbəkədəki paylaşımı izləyicilər arasında məşhurlaşıb.

Gülayə Mecid