Ölümdən əvvəl insan bədənində baş verən canvermə hərəkəti – Aqoniyadır. Aqonal vəziyyətdə olan şəxslərdə qısa müddət ərzində qıcolma formasında dərin tənəffüs müşahidə edilir. Aqonal tənəffüsdə çox vaxt sklet əzələləri də iştirak edir. Aqonal tənəffüs zəif nəfəsalmalarla başlayır. Sonra tənəffüs hərəkətləri qüvvətlənməyə başlayır, lakin maksimal səviyyəyə çatdıqdan sonra yenidən zəifləyir. Aqonal tənəffüs normal tənəffüsdən nəfəsalmada iştirak edən əzələlərin gərginliyinin daha yüksək olması ilə fərqlənir. Bu zaman ağız və boyun əzələləri titrəyir.
Aqoniyadan sonra kliniki ölümə keçid başlayır. Bu qan dövranının dayanması ilə xarakterizə edilir. Bu durum bəzən bir neçə dəqiqə hətta saatlarla da davam edə bilir. Aqoniya meydana gəldiyi ilk anda xəstə durğun olur. Üzü solğun olur və gözləri tək bir yerdə sabit qalır. Bədən soyumağa başlayır və xəstə xırıltı səsləri çıxarmağa başlayır. Aqoniyanın son mərhələsindəki hərəkətlənmə, xəstənin ölümə daha da yaxınlaşdığını xəbər verir. Xəstəlikdən ölən bir insanda aqoniya mərhələsi uzun çəkir. Hər hansısa bir qəza zamanı ölən bir insanda isə aqoniya mərhələsi qısa bir şəkildə olub bitir. Aqoniya müddətində xəstə sıra ilə öncə görmə, sonra eşitmə və ən son hissetmə duyğusuni itirir. Ən sonda əl və ayaqlar hərəkətlənməyə başlayır. Bütün bu olanlardan sonra, xəstə dünyasını dəyişir. Bioloji ölümdən fərqli olaraq, Aqoniya halında olan canlının dirilmə şansı olur ki, bunun əsasında da tibb məntəqələrində reanimasiya şöbələri yaradılıb.