Livanın keçmiş ədliyyə naziri Aştaf Rifi Beyrut limanında tonlarla ammonium nitrat kübrəsinin saxlanıldığı anbarın “Hizbullah”a məxsus olduğunu açıqlayıb.
Bilgisel.az xəbər verir ki, “Anbar “Hizbullah”a məxsus olub, həmin təşkilat limanın bütün perimetri boyu təhlükəsizliyi təmin edib”,-Rifi bildirib.
İsrail ordusunun keçmiş Baş qərargah rəisi və keçmiş müdafiə naziri Moşe Yalon isə deyib ki, fəlakətin səbəbi “Hizbullah”ın Beyrut limanındakı silah anbarında baş vermiş partlayışdır. “Limana “Hizbullah” nəzarət edir, heç nə onun icazəsi olmadan baş vermir”,- deyə, o bildirib.