Kuba tarixində 1953 –cü ilin 26 iyul tarixi önəmli bir gündür. 50- ci illərdə ABŞ investisiyasından asılı idi. Fulhensiya Batista hakimiyyətə gələndən sonra hərbi diktatura elan edir, həmçinin Kommunsit Partiyasını da ləğv edir. Cavan ali təhsilli kubalılar bu rejimlər barışmadılar və etiraz etdilər. Onların içəriisndə Fidel Kastro da var idi. Fidel Kastro Ortodokspartiyasının üzvü olaraq mübarizə aparırdı partiyanın qətiyyətsizliyi Fideli partiyadan ayrımağ məcbur edir.
26 iyul 1953 – cü ildə bir qrup inqilabçı Fidel Kastronun başçılığı altında Santyaqo-De-Kuba da yerləşə Monkada kazarmasına hücuma keçirlər. 2 saatlıq döyüşdən sonra inqilabçılar məğlub olur. İnqilabçıların sağ qalan qismi həbs olunur, o cümlədən, Fidel Kastro.
Fidel Kastronun məhkəməsi həmin ilin 16 oktyabr tarixində gizli bir xəstəxanada edilir. Məhkəmədə hüquqşünasdan imtina Fidel özünü müdafiə edir.
Fidel Kastro : “Fəryadım susdurula bilməz”
Tarixdə böyük iz qoyan həmin nitqi ixtisarla təqdim edirik.
Şərəfli hakimlərimiz!
Qəlbinizdə ölkəniz, insanlıq, və ədalət üçün bir sevgi varsa diqqətlə qulaq asın. Bilirəm uzun çəkəcək , hətta səsim susdurulacaq. Ölkə idarəetmənin bütün faktlarını gizlədəcək. Bilirəm ki, məni dəfn etməyə çalışırsıniz. Ancaq fəryadım susdurula bilməz. Özümü tənha hiss edəndə belə bu səs sinımdən çıxacaq.
27 iyulda radioda diktatora qulaq asdım. O gün xalqımızın azadlığına, ümidlərimiz xarabalıqların və itkilərin altında qalmasına baxmayaraq bu sarsılan ümidləri şeytani bir zövqlə eşidən və əvvəlkidən daha kobud danışan zülmü dinlədik . Onun kobud, iyrənc və nifrətli dilindən tökülən yalan öz razılığı ilə tökdürdüyü gənclərin qanı ilə müqayisə edilə bilər. Dediklərinə biraz belə inanmaq vicdana sahib bir insanın sonrakı həyatında utanca və vicdan əzbı ilə yaşamasına səbəb ola bilər.
Monkada kazarması işgəncə və ölüm mərkəzinə çevrildi. Bəziləri əynindəki geyimlərini qəssab önlüyünə çevirdi. Divarlar qanla boyanmışdı.
Kubanın taleyini yazan bu günahkar əllər əsir götürülən insanlar üçün bir yazı yazdılar: Bütün ümidlərinizdən əl çəkin.
Hər cəmiyyətdə belə heyvan motivləri olan kişilər var. Ən yaxşı və ən cəsur, dürüst kubalılar onların əlində yox oldu…Diktator.
Bu döyüşdə mübarizə aparanlara öz idealarından çəkinmək təklif olundu , qarçılığında isə sərbəst olacaqdılar. Lakin, qəzəbli şəkildə bu təklif rədd olunanda işgəncələr davam etdirildi. Kiminin gözləri çıxarıldı, ancaq heç kim təslim olmadı.
Yoldaşlarımız Melba Hernandez və Haydee Santamarianın olduğu yerə əllərində insan gözü ilə daxil oldular. Santamariyaya : “ Bu qaraşınındır.Əgər, onun bizə demdiklərini sən də söyləməsən, o biri gözünü də çıxaracağıq ”. Santamariya cavabında : “ Tək gözü ilə ondan heç bir məlumat ala bilməmisinizsə , məndən heçbir məlumat ala bilməzsiniz” .
Müdafiəmin sonuna gəldim. Bağışlanmaq istəmirəm. Prezidenti oğru və günahkar olan ölkədə dürüst insanların ölməsi və ya həbsdə olması başa düşülən bir vəziyyətdir. Bilirəm ki, məhbusluq həyatı çətin olacaq. Amma yoldaşlarımın canını alan diktatordan qorxmuram. Məni həbs edin! Tarix mənə bəraət qazandıracaq!
Gülər Seymurqızı