Günlərdir  ABŞ-ın Koliforniya ştatında meşə  yanğınları söndürülə bilmir. Koliforniyadakı  yanğının sahəsi 1 milyon hektarı külə döndərib, cəsədləri tapmaqda çətinlik çəkirlər. Əyalətin müxtəlif nöqtələrində 20-dən çox yanğın olduğunu izah edən Kaliforniya Meşə və Yanğından Mühafizə Bölməsindən  verilən məlumatlara görə yanğına səbəb havaların həddindən artıq  isti keçməsi, rütubətin aşağı olması və cümə günü 100-dən artıq ildırımın bu ərazilərə düşməsidir.  Alovun keçən həftə ildırım fırtınası ilə başladığını, ən azı 6 adamın həyatını itirdiyini və ilkin təyinatlara görə 700-dən çox binanın yandığını açıqladı.

Kaliforniyada Meşə Yanğını

Digər tərəfdən ABŞ prezidenti Donald Trump federal yardım üçün yol açdı və Kaliforniyadakı yanğınları “böyük fəlakət” elan etdi. Kaliforniya Qubernatoru Gavin Newsom, Trump-ın fəlakət bəyannaməsinin əyalətdəki yanğınlardan təsirlənən insanlara böhranla əlaqədar məsləhət, sığınacaq və digər sosial xidmətlər göstərməsini təmin edəcəyini söyləyib.

Əyalətə yayılan yanğınlarda ölənlərin sayının artacağı gözlənilir. Hadisə yerinə təxminən 14 min yanğınsöndürən və təhlükəsizlik qüvvəsi göndərildi .Alovların San-Fransisko və Sakramento arasında şərab istehsal edən şəhərlərə doğru getdiyi bildirilib.

Dövlətin 560-dan çox nöqtəsində yanğınların baş verdiyi və təxminən 175.000 insanın evlərindən təxliyə edildiyi bildirildi. Rəsmi məlumatlara görə, 43 yanğınsöndürən və mülki şəxsin də xəsarət aldığı bildirildi.

Kaliforniyanın populyar bölgələrindən olan Santa Cruzda 65 minə yaxın insana “Hər an evakuasiya ediləcəyiniz kimi hazırlaşın. Mallarınızı yığın və gözləyin ” xəbərdarlığı verilib.

 

Gülər Seymurqızı