İncə və qamətli qadınların formada qalmaq sirləri çoxu üçün maraqlıdır.
Siz bu aksioma və praktikalarla razılaşmaya bilərsiniz. Bu səbəbdən mükəmməl bədən sizdən uzaqdır. Odur ki, illüziyaların buludlarından yerə enin və qanunlara əməl etməyə başlayın.
1. Bədənin sadəcə müəyyən hissələrini arıqlatmaq mümkün deyil. Nə qədər nizamlı məşq etsəniz də, sadəcə qarın piylərini əridə bilmərsiniz. Ombalar da həmçinin.
2. Gündəlik qida dəyəri 1200 kaloridən azdırsa, istənilən pəhrizdən sonra itirdiyiniz çəki geri qayıdacaq.
3. Arıqlama mərhələsində meyvədən çox ət yemək daha faydalıdır.
4. Arıqlamağın ən təsirli yollarından biri üzgüçülükdür!
5. Artıq çəkilərdən mümkün qədər tez xilas olmağın ən əhəmiyyətli sirri – əzələ kütləsinin olmasıdır.
6. İki ən faydalı yağ yandırma məşqi squat + ağırlıq qaldırmadır.
7. Pəhriz şərtlərində kişi əzələləri yığmaq mümkün deyil. Bunun üçün mütləq artıq kalori lazımdır. Bu isə pəhriz qanunlarına ziddir.
8. “Heç yemək olmaz” devizi düşünüldüyünün əksinə olaraq köklüyə gətirib çıxarır. Başlıcası kalori balansını qorumaqdır. Gündəlik yağ, zülal və karbohidrat qəbulu normadan artıq olmamalıdır.
9. Necə göründüyünüzün və həyatınızda baş verənlərin əsas səbəbkarı sizsiniz. Genetika, iri sümük və s. göstərilən səbəblər 12-ə qədər uşaqlar üçün yaxşı bəhanədır.
10. Qatıq və müsli dietik məhsul deyil, onlar arıqlatmır.
11. Dairə beli incəltmir.
12. Uzun müddət oturmaq sellülit əmələ gətirir.
13. Yatmazdan 3-4 saat əvvəl yemək olmaz.