Karaoke ötən əsrin ən məşhur əyləncəli kəşflərindən biri olub. Yapon dilindən tərcümədə ” boş orkestra” mənası verən karaoke ilk dəfə Yaponiyada yaranıb. İlk karaoke cihazını isə 1972-ci ildə musiqiçi Daysuke İnoye düzəldib. O kafedə çalışıb. Bir dəfə müştərilərindən biri onunla şəhər kənarındakı tədbirə getməsini istəyir. Daysuke səfərə çıxa bilmir. Buna baxmayaraq, müştərini yemək zamanı mahnı oxuya bilməsi üçün xüsusi səs yazdırır. Bundan sonra Daysuke insanların oxuduğu musiqini ifa edən mikrafon və səsgücləndirici cihazı qurmağa qərar verir. Daysuke İnoye texnologiyadan xəbərdar dostları ilə birlikdə 11 ədəd “eightjuke” adlı cihazı yaradır.
Eightjuke aparatına olan təlabat sürətlə artdı və ilk sifarişlər Tokiyodan gəldi.
1990-cı illərdə karaoke Asiyada geniş yayıldı. Həmin vaxtlar bu sistemə modern səs texnologiyası, lazer disklər və videoyönləndirici əlavə olundu. Amma Daysuke cihazını patentləşdirmədiyi üçün pul qazana bilmədi. 1996-cı ildə Daysuke İnoye haqqında Sinqapur televiziyasında geniş material getdikdən sonra onu karaokenin yaradıcısı kimi tanımağa başladılar. 2004-cü ildə Daysuke Nobel sülh mükafatı aldı. Hazırda Koviyada yaşayan musiqiçi hamam böcəyi öldürmə cihazı yaratmağa çalışır.
Aytəkin Cəlali