Dünyanın bir çox ölkələrində çörəyi müxtəlif üsullarla hazırlayırlar. Əksər hallarda isə çörəyi buğdadan hazırlayırlar. Bilgisel.az sizə arıqladan, unsuz çörək reseptini təqdim edir.

Unsuz çörək, mərcimək çörəyi, sağlam qida, arıqlamaq üçün, dadlı

Tərkibi:
• 1,5 stəkan qırmızı mərcimək
• 1 stəkan qatıq
• 3 yumurta
• Yarım stəkan duru yağ
• 1 paket qabartma tozu
• 1 stəkan kəsmik
• 1 çimdik şüyüd
• 2 çay qaşığı çörəkotu
• Duz, istiot (zövqə görə)

Unsuz çörək, mərcimək çörəyi, sağlam qida, arıqlamaq üçün, dadlı
Hazırlanması:
Bir gecə öncədən mərciməyi qaynar suda saxlayırıq. Səhəri gün suyunu süzüb, yuduqdan sonra bir qaba əlavə edirik. Digər bütün ərzaqları da əlavə edib, blender vasitəsilə qarışdırırıq. Məhlulu bişirəcəyimiz qaba əlavə edirik. Əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada 40-45 dəqiqə bişiririk. Beləliklə, mərcimək çörəyimiz hazırdır. Nuş olsun!

Aytac Ələkbər