Türkiyə Cümhuriyyəti tarixinin dəyərli şəxsiyyətlərindən olan Mustafa Kamal Atatürk haqqında bilinməyən maraqlı faktları Bilgisel.az sizin üçün araşdırdı.
• Mustafa Kamal bəyə ilk dəfə “Atatürk” adını Türk Dil Qurumu rəhbəri işlədib. Mustafa Kamal da bunu bəyənib və soyad kimi istifadə etməyə başlayıb. Ancaq o, “ata” xitabını heç sevmirmiş.
• Atatürkün boyu 1.74 sm olub. Xəstələnə qədər çəkisi 76 kiloqram olsa da, xəstələndikdən sonra sürətlə arıqlayaraq 46 kiloqrama düşüb.
• Ən sevdiyi yemək lobya supu və plov olub.
• Həyatının çoxunu döyüşlərdə, cəbhələrdə keçirən Atatürk prezident olduğu illərdə çox sıxılar, xalqdan, sadə həyatdan uzaqlaşdığına görə təəssüflənərmiş.
• Ən böyük arzusu dünya turuna çıxıb, türk dili və tarixi ilə bağlı fəaliyyətini genişləndirmək olub.
• Zəngin kitabxanaya sahib olan Atatürk yanında həmişə Rəşad Nuri Gültəkinin “Çalıquşu” kitabını gəzdirir və gündə ən azı iki səhifə oxuyurmuş.
• Yaltaqlarla arası olmayan Atatürk axşam yeməklərinin birində ona lazımsız təriflər yağdıran Əbdülhak Həmidin sözünü kəsərək ona etiraz edib.
• Çanaqqala qələbəsi ilə məşhurlaşan gənc Atatürk həmin illərdə axırıncı Osmanlı hökmdarı Sultan Vahidəddinin kiçik qızı Səbihə Sultana evlilik təklifi edib. Səbihə Sultan isə başqasını sevdiyi üçün illər sonra Türkiyə Cümhuriyyətinin əsasını qoyacaq Atatürkün təklifinə “yox” deyib.
• Atatürkün köynəklərinin hamısı ağ rəngdə idi. Bu köynəklər əvvəlcə İsveçrədə onun üçün xüsusi olaraq tikilsə də, sonradan yerli mallardan daha çox istifadə edilməsi kampaniyası çərçivəsində Türkiyədə tikilməyə başlayıb. Göy rəngi heç sevməyən Atatürk kostyumlarının dizaynını özü verirdi.
• Səhər yeməklərini heç sevməyən Atatürk yuxudan oyanan kimi divanın üstündə bardaş qurub, qəhvəsini içər, siqaret çəkərmiş. Siqaret onun ən zəif yeri olub, gündə 8 qutu siqaret çəkirmiş. Siqaretlə bağlı başına gələn maraqlı hadisələrdən biri belədir: Kəndlinin biri qəzet kağızına bükülmüş siqareti çəkəndə əli yanıb və “Aparın bunu, özü çəksin” deyərək Atatürkü söyüb. Məhkəməyə çıxarılan kəndli haqda Atatürkə məlumat verəndə: “Onu məhkəməyə aparmaqdansa, normal bir siqaret verərdiniz, çəkərdi”, – deyib.
• Evində, ətrafında, hətta qonaq getdiyi evlərdə əyri duran əşyaları düzəltməsə rahat olmazmış.
• Getdiyi səfərlərdə kəsilən qurbanlara baxmamaq üçün ya arxasını çevirər, ya da qurban kəsilməsini istəməzmiş.
• Hərbi liseydə öyrənməyə başladığı fransız dilini sonralar inkişaf etdirib. Danışanda bəzən fransız sözləri işlədirmiş.
• Yəqin ki Atatürkün ən qəribə xasiyyəti müharibələrdə, döyüşlərdə iştirak etməsinə baxmayaraq, qan görəndə halının pisləşməsi olub.
• Hər gün at çapır, üzür və bilyard oynayırmış.
• Təhsil illərində ən yaxşı oxuduğu dərs riyaziyyat olub.
• Quşları çox sevən Atatürk Çankaya Köşkündə göyərçin saxlayırmış.
Mübariz ZƏKİ