Virusdan əziyyət çəkdiyimiz bu günlərdə Bilgisel.az sizə möcüzəvi meyvənin faydalarını təqdim edir.
Kinkan meyvəsi sizin viruslara, infeksiyalara qarşı immun sisteminizi gücləndirəcək.
Kinkanı “dahilərin qidası” da adlandırırlar. Bu meyvə beyinin fəaliyyətinə çox müsbət təsir edir. Şərq təbibləri əqli fəaliyyət ilə məşğul olanlara hər gün 2-3 kinkan yeməyi tövsiyə edir.
Faydaları:
– Kinkan A, B qrupu, C, PP kimi vitaminlər, mis, kalium, sink, kalsium, dəmir, fosfor, pektinlər, efir yağları ilə zəngindir.
– Bu meyvə immun sistemini möhkəmləndirir, orqanizmin infeksiyalara və mikroblara qarşı davamlılığını artırır, göbələk əleyhinə təsirə malikdir. Bu meyvə qrip və soyuqdəyməni zamanı faydalıdır.
– Kinkan həzm sisteminə də müsbət təsir edir, mübadilə proseslərini normallaşdırır, mədə şirəsinin ifrazını artırır, mədə-bağırsaq sisteminə antiseptik təsir edir.
– Arıqlamaq istəyənlərə yaxşı kömək edə bilər. Bu meyvə orqanizmə artıq kaloriləri “yandırmağa” kömək edir.
– Kinkan sinir sistemi üçün olduqca xeyirlidir. Depressiyalar, nevrozlar, xroniki yorğunluq sindromu zamanı yaxşı təsir edir, sakitləşdirir, gərginliyi azaldır, stresdən çıxmağa kömək edir.
– Möcüzəvi meyvə ürək-damar sisteminə çox müsbət təsir edir – damarları möhkəmləndirir, qanda “pis” xolesterolun səiyyəsini aşağı salır, ürəyi möhkəmləndirir.
İstifadəsi:
Fərqli bir qoxusu olan kinkan daha çox mürəbbə və marmelad olaraq istifadə olunur. Kinkandan şirə çəkilir və sous hazırlanır. Bu meyvənin maraqlı xüsusiyyəti ondan ibarətdir ki, onu qabıqlı yemək olar. Kinkanın qabığı da çox faydalıdır. Kinkanı qabıqlı halda salatlarınıza da doğraya bilərsiniz.
Aytac Ələkbər