Fransanın Bur–le–Balans rayonunun bələdiyyə sədri Marlen Murier Azərbaycanlıları təhdid edib.
Belə ki, Bur–le–Balans şəhəri Şuşa şəhəri ilə qardaşlaşmış şəhər elan edilib. Bundan sonra bələdiyyə binasının qarşısında Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı asılıb. Bu da Azərbaycanlıların haqlı narazılığına səbəb olub. Azərbaycanlılar bələdiyyəyə müraciət edərək bayrağın endirilməsini tələb edib.
Ancaq Marlen Murier bunun mümkün olmayacağını bildirib və Azərbaycanlıları təhdid edib: “Bura Azərbaycan deyil. Azərbaycanda yaşamaq istəyirsinizsə, bunu təşkil edə bilərik. Burdakı qaydaları biz qoyuruq və bunun sizə dəxli yoxdur. Heç kim bizə kiminlə münasibət qurmağımızı göstəriş verə bilməz. Dostlarımızı özümüz seçirik. Azərbaycan və dostları artıq bunu başa düşməlidir”.
Marlen Murier Türkiyə vətənadaşları tərəfindən də eyni formada etiraz məktubları aldığını qeyd edib.