Sosial şəbəkələrdə “McDonalds”, “Burger King” və “Papa Johns” kimi markalar boykot edilir.
Buna səbəb sözügedən markaların öz sosial media hesablarında “Qarabağ Azərbaycandır” paylaşımı etməsi və daha sonra silməsi olub.
Onların paylaşımı silməsi birmənalı qarşılanmayıb. Paylaşım ermənilərin etirazlarından sonra silindiyi bildirilir.
Boykot çağırışı virtual dünyadan real həyata da keçib. Belə ki, bir qrup gənc “McDonalds”ın qarşısında dayanaraq, bura gələn insanları boykot barəsində məlumatlandırıblar. Bundan sonra müştərilər restorana girməkdən imtina ediblər.
Paylaşılan fotolarda restoranın boş olduğu görülür.