“Biz sizin zəfərinizlə çox xoşbəxt olduq”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimində bildirib.

Aksiyaya video formatda qatılan Türkiyə Prezidenti bildirib ki, Azərbaycan Ordusunun Ermənistana qarşı verdiyi mücadilə və işğal altındakı torpaqları yenidən azad etməsinin həyəcanını onlar da Türkiyədən hiss edirlər:

“Bu həyəcanı Sizinlə birlikdə yaşadıq. “Bir millət, iki dövlət anlayışı” içərisində bütün səylərimizi ortaya qoyduq. Bundan sonra da “bir millət, iki dövlət” olaraq bu yolla yürüyəcəyik. Necə bu gün əkilən zeytun fidanları ağac olacaqsa, yüz minlərlə zeytunu Azərbaycanlı qardaşlarımız toplayacaqsa, bundan sonra da Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq”.