Azərbaycanlı tələbələr maraqlı fləşmoba imza atıb.

Belə ki, onlar Onlayn dərsə girərkən, adlarını və profil şəkillərini dəyişdirərək, Birinci və İkinci Qarabağ döyüşlərində şəhid olmuş döyüşçülərin adlarını və şəkillərini qoyublar. Dərs Azərbaycan himni səsləndirilməsi ilə başlayıb və 1 dəqiqəlik sükutla şəhidlər yad edilib.

Onlar bu addımları ilə şəhidlərin xatirəsini yaşatmaq istədiklərini bildiriblər.

 

Sözügedən fləşmobdan fotoları sizə təqdim edirik.