ABŞ-da bloqqer kimi tanınan və davamlı botoks etdirən qadın bu dəfə prosedurdan sonra kabus yaşayıb.
Çikaqoda yaşayan, bloqu ilə tanınan Whitney Buha sonuncu dəfə göz kənarlarındkı cizgiləri açdırmaq üçün botoks etdirib. Ancaq nəticədə bir gözü böyüyüb və göz qapağı aşağı düşüb. Qırışıqlıqları azaltmaq üçün tətbiq olunan protein sağ gözünün yanında yalnış bir yerə ineksiya edilib. Nəticədə gözü zərbə almış kimi görünüb.
Whitney Buha başına gələnləri İnstagram hesabında paylaşıb.Yalnış ineksiyanın nələrə səbəb ola biləcəyini göstərmək istəyib. “Aranızda bir çoxları botoks etdirir, ancaq başınıza bu da gələ bilər” deyib paylaşdığı videoda.
Bloqqer durumla bağlı həkimlərə müraciət edib. Onlar botoksun təsiri keçdikdən sonra gözünün əvvəlki vəziyyətə qayıdacağını söyləyiblər.
Mütəxəssislər onun yaşadığı bu problemin 100 nəfərdən beşində yaşana biləcəyini qeyd edirlər. Bununla yanaşı, üzün botoks edilən hissəsində baş ağrısı da hiss edilə bilər.