Xalq arasında “Patı”, “Şüşə” kimi tanınan “Metamfetamin” son dövrlər ən çox yayılan narkotik vasitələrdən biridir.
Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir. Metafemtamini ilk dəfə 1983-cü ildə kimyaçı Naqai Naqayoşi efedrin maddəsindən sintezlədi.
Bu maddəni qəbul etdikdə bədəndə təzyiq yüksəlir, bədən istiliyi artır, göz bəbəkləri böyüyür. Beynin funksiyası pozulur və istifadəçi bir çox hallarda 2-3 gün yatmır, yeməkdən imtina edir, özünü enerjik hiss edir. Ancaq davamlı istifadə zamanı metamfetamin insanı depressiyaya salır və bu da intihara səbəb olur.
Türkiyə Manisa şəhərində aprelin 5-i 4 dost birlikdə intihar ediblər. Onların qan analizləri zamanı bədənlərində metamfetamin maddəsi aşkarlanıb. Belə ki, Ümid Zanqal adlı istifadəçi yüksək dozdan öldükdən sonra, digər dostları da maddənin təsiri altında intihar etməyə qərar veriblər. Onlar video çəkərək, ailələri ilə sağollaşıb. Daha sonra Ümid Zanqalın cəsədini də özləri ilə götürərək, 500 metr kənarda özlərini ov tüfəngi ilə vurublar.
Metamfetamin eroindən belə daha tez asılılıq yaradır və ondan xilas olmaq çox çətindir. Davamlı istifadə zamanı çəki azalır, “Met ağzı” deyilən diş çürükləri meydana gəlir.
Metafetaminlə bağlı məşhur “Breaking Bad” serialı çəkilib.
Təəssüf ki, son dövrlər bu maddədən istifadə yaşı 16-lara qədər düşüb.