Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası yeni hökuməti təkbaşına formalaşdıra bilməyəcək.
Bunun üçün onun 0.08% seçici səsi çatmayıb.
“Vətəndaş müqaviləsi” partiyası iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərində seçicilərin 53,92% səsini qazanıb.
Hökuməti təkbaşına qura bilmək üçün isə 54% səs toplamaq tələb olunur.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, N. Paşinyanın əsas rəqibi olan eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21.04% seçici səsi ala bilib.
Parlamentə düşmək üçün 5%-lik həddi “Vətəndaş müqaviləsi” partiyası və “Ermənistan” blokundan sonra yalnız eks-prezident Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın “Mənim şərəfim var” bloku keçə bilib.
“Mənim şərəfim var” bloku 5,23% səs toplayıb.
Seçkiyə ümumilikdə 21 partiya, 4 blok qatılıb.
Parlamentdə düşə bilmək üçün partiyalar 5%, bloklar isə 7%-lik həddi aşmalı idi.
MSK-nın məlumatına görə, seçici fəallığı 49,4% təşkil edib.
(APA)