“Peşə təhsili alan gənclərin turizmdə sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verilməsi” adlı layihə başa çatıb.
Layihəni Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi həyata keçirib.
Layihə Qax və Zaqatala rayonlarında peşə təhsili müəssisələrində təhsil alan və hazırda məzun olan gənclərə turizm sahəsində sahibkarlıq və biznes ideyalarının təhlil olunması üçün köməklik göstərib.
Əvvəlcə 15-16 mart, 2022 – ci il tarixlərində Zaqatala və Qax rayonlarında 100 gənc arasında turizm nədir və hansı sahələrinə dair sorğular keçirilib və rəyləri alınıb. Sorğular nəticəsində gənclərin turizm sahəsində bütün məlumatları almaqlarını öyrəndik və təlimçi Sara Rəcəbli «turizm nədir?» təqdimatını və turizmdə inkluzivlik oyununu hazırlayıb.
19-20 aprel, 2022-ci il tarixlərində Zaqatala və Qax rayonlarında yerləşən Peşə məktəblərində təhsil alan tələbələrə təlim keçirilib. Təlimdə gənclər fəal iştirak ediblər, komandalara bölünüb turizimdə inkluzivlik oyununuda fəallaşıblar.
Təlimdə həmçinin, gənclərə turizmdə otel və restoran işinin təşkilinə dair məlumatlar verilib. Həmçinin, Zaqatala və Qax rayonlarında turizm əhəmiyyətli yerlərdən və bələdçilik biznesinin təşkilinin gəlirliyinən danışılıb. Təlimdə, həmçinin, Qax Rayonu İcra Hakimiyyətinin baş məsləhətçisi Orxan Səmədov da iştirak edib.
Zaqatala və Qax Peşə Məktəblərindən 100 nəfər təlimdə iştirak ediblər və sonda iştirakçılara sertifikatlar təqdim olunub.