Londonda Azərbaycan səfirliyinə hücum olub.

Bir sıra radikal dindarlar səfirlik binasındakı Azərbaycan bayrağını aşağı salıb, divarlara dini şüarlar yazıblar.

Bilgisel.az xarici saytlara istinadən xəbər verir ki, hadisəni “Mehdi bəndələri” adlı radikal şiə təşkilatı həyata keçirib.

Təşkilatın rəhbəri Yasir əl-Həbibdir. Onun bir müddət əvvəl çəkdiyi dini film, süni alimlər tərəfindən böyük etiraza səbəb olub.

Bundan sonra İngiltərədə filmin yayımı qadağan edilib.

Bəzi mənbələr sözügedən hücumun mənbəyində məhz bu amilin dayandığını bildirir. Digər mənbələr isə, “Mehdi bəndələri” qruplaşmasının Azərbaycandakı dindarlara dəstək vermək üçün bu addımı atdığını yazır.