Beynəlxalq Kitab Bağışlama Günü — 14 fevral 2012-ci ildə ABŞ-da məşhur Delightful Children’s Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoor tərəfindən yaradılıb.
2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngitərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “Uşaqlara Kitab Vermə Günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral Dövlətlərarası Kitab Bağışlama Günü olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.
Uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir.