Keçən il bu gün dünya böyük problemlə üzləşdi. Rusiya prezidenti Vladimir Putin Ukraynaya müharibə elan edib. İki ölkənin tarixindən bəhs etdiyi uzun çıxışında Ukrayna torpaqlarına iddialı olan Putin ya peşəsi komediyaçı olan televiziya şoularının ulduzu, Ukrayna prezidenti Vladimir Zelenskini lazımınca qiymətləndirmədi, ya da ona həddən artıq güvəndi. Qərb də eyni səhvə yol verdi. NATO-ya üzv olmaq üçün müraciət edən Ukraynanı dəstəkləyən Qərb fiziki olaraq müharibəyə getməyərək Rusiyanı maddi cəhətdən batıracağını düşünürdü. Heç biri olmadı, amma 1 il davam edən müharibə iqtisadiyyatı çox sarsıtdı.
Keçən il Putin Zelenskiyə müharibə elan etdi. Qərb Ukraynanı dəstəklədi. Biri hərbi gücünə, digəri isə puluna güvənirdi. Nəticədə 1 il davam edən insan dramı ilə qaranlıq mühit yarandı.
İşğal zamanı 7199 Ukrayna vətəndaşı, o cümlədən 438 uşaq həyatını itirib. 11 min 756 nəfər yaralandığı halda, 8 milyon 87 min ukraynalı ölkəsini tərk edib.
The New York Times-ın məlumatına görə, müharibədə 200 mindən çox rus əsgəri həyatını itirib və yaralanıb, Ukrayna tərəfində isə bu rəqəmin 100 min civarında olduğu təxmin edilir.
Qərbin Ukrayna prezidenti Zelenskiyə qarşı himayəçilik vəzifəsində ABŞ liderlik edərkən, 1 ildə 76,8 milyard dollar dəstək verib. Yardımın 46,6 milyard dolları silah-sursatdan ibarət hərbi dəstək olduğu halda, qalan təxminən 30 milyard dolları humanitar yardım və maliyyə dəstəyi olaraq görülür.
Müharibə dünya iqtisadiyyatında çox şey dəyişdi. Enerji və ərzaq malları dəyişdi. 1 ilin sonunda qiymətlər dayansa da, heç nə əvvəlki kimi deyil.