İŞDƏ ARAŞDIRMALARDA ALINAN NƏTİCƏLƏR

Şirkətlərin yarıdan çoxu bütün işçilərinə bazar ertəsi və ya cümə günü məzuniyyət verir, digərləri isə həftə ərzində pilləli cədvəllər və ya daha qısa günlər kimi həllər təklif edirdi. Altı aylıq sınaq müddətində işçilərin orta həftəlik iş saatı 38-dən 34-ə düşüb. Bildirilib ki, dörd günlük iş bir çox işçi üçün daha yaxşı sağlamlıq deməkdir. İştirakçıların təxminən 40 faizi işlə bağlı daha az stress yaşadıqlarını, 71 faizi isə daha az tükənmişlik hiss etdiklərini söylədi. İşçilərin 40 faizindən çoxu psixi sağlamlıqlarının yaxşılaşdığını, qrupun əhəmiyyətli bir hissəsi isə narahatlıq və mənfi emosiyaların azaldığını bildirib.

İşçilərin təxminən 40 faizi pilot müddət ərzində fiziki sağlamlıqlarının daha yaxşı olduğunu söylədi, bu da hobbilərə, idmana, yemək bişirməyə, ailə və digər asudə vaxtlara daha çox vaxt sərf etməklə bağlı ola bilər.