Telefon şarjda olan zaman bir çox insan səhv addımlar atır. Nəticədə bu da smartfonların tez sıradan çıxmasın gətirib çıxarır.
Şarj edilən zaman cihaz onsuz da yüksək yüklə üzləşir. Buna görə də həmin vaxt telefondan istifadə edilməməlidir.
Bu zaman oyun oynamaq, mobil interneti aktivləşdirmək, sosial şəbəkələrə daxil olmaq məsləhət deyil.
Bunlarla yanaşı, çox vaxt mobil cihaz şarj edilərkən masa üzərinə səhv qoyulur. Telefon enerji doldurularkən arxa hissəsi qızır. Buna görə də çalışıb telefonu ağzı üstə, yəni ekranı aşağı vəziyyətdə qoymaq lazımdır. Bu zaman istilik ötürülməsi ilə heç bir problem yaşanmayacaq.