Qatarlarda piyadaları və relslərdəki heyvanları xəbərdar edən sistemlər olacaq.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin dəmir yolu şirkəti (Rakevet Israel) lokomotivlərə sensorlardan istifadə edərək relslərdə olan obyektləri, həmçinin insanları və heyvanları görən xüsusi sistemlər quraşdıracaq.

Sensorların köməyi ilə sistem 2000 metrə qədər məsafədə relslərdə olan əşyaları, insanları və heyvanları görə biləcək. O termik aşkarlama əsasında işləyir. Bu da istənilən hava şəraitində və günün istənilən vaxtında relslərdə olan obyektləri müşahidə etməyə imkan verir.

Bu addım əsasən qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək üçündür.

Elektro-optik təhlükə xəbərdarlığı sistemləri süni intellektlə təchiz edilib. Onların quraşdırılmasının qatarların, eləcə də insanların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.