Avtomobil qəzasında faciəvi şəkildə ölən Oqtay Əliyev ölümündən əvvəl müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın oğurluğunu ifşa edib.
O, uşaq vaxtı İrəvanda Qarabazarın yaxınlığında yaşadıqlarını və Paşinyanın qardaşının velosipedini oğurladığını bildirib: “ Bizdən 3-4 ev aşağıda Nikol Paşinyanın əmisigili yaşayırdı. Yay ayında şəhər uşaqları rayona gedirdi, rayon uşaqları şəhərə gəlirdi. Onun da anası ölmüşdü, atası da ikinci qadın almışdı. Bu da bir az problemi uşaq idi. Dəli deyildi, amma uşaqlar var ki, nəsə istəyir, almayanda özünü yerə-göyə vurur, ağlayır. Mənim qardaşımla eyni yaşda idi, hərdən birlikdə oynayırdılar. Bir dəfə də qardaşımın velosipedini götürüb qaçmışdı. Demişdi ki, ver sürüm, qardaşım da velosipedini vermişdi, sürüb aradan çıxmışdı. Nənəm axşama kimi gözlədi, gələn kimi velosipedi ondan aldı. Bir-iki dənə şillə-təpik də yemişdi (gülür). Uşaq vaxtında cığal bir uşaq idi”.