Türk kinosunun ən uğurlu rejissorlarından biri olan Nuri Bilge Ceylanın son filmi “Quru Otlar Haqqında” 76-cı Kann Film Festivalında baş mükafat “Qızıl Palma” üçün yarışacaq.
Film bu gün açıqlanan Kann Film Festivalının rəsmi seçiminə daxil olan 19 filmdən biridir. Ceylanın son filminin ssenari müəllifləri Nuri Bilge Ceylan, Ebru Ceylan və Akın Aksu. “Arte France” tərəfindən birgə istehsal edilmişdir. Filmin aktyorları arasında Deniz Celiloğlu, Merve Dizdar və Musab Ekici yer alıb.
Çəkilişləri iki il əvvəl Ərzurumda başlayan filmdə Nuri Bilge Ceylanın kinosunda tez-tez rast gəlinən Anadoludan olan insanların hekayələri diqqət mərkəzindədir.