Titanik yola çıxandan bir neçə dəqiqə sonra kömür anbarında yanğın baş verib.Ancaq yanğının qarşısı alınıb.Gəmi batmağa başlayan zaman ilk ordan uzaqlaşan xilasedici qayıqda cəmi 28 nəfər var idi.Ancaq qayıq 64 nəfər üçün nəzərdə tutulmuşdu
Morqan Robertson-un 14 il sonra baş verəcək qəza haqqında yazdığı kitab uğur qazanmır.O,1915-ci ildə yəni “Titanik”-in batmasından 3 il sonra ayaq üstündə infakt keçirərək dünyasını dəyişir.
Amma o vaxta qədər onunla heçkim maraqlanmıyıb.1912-ci baş verəcək qəzanı 14 il öncə necə yazmasını heçkim soruşmayıb.Buna yalnız 1980-ci ildə fikir verdilər.Ancaq tarixdə adı unudulmuş bu uğursuz yazıçının sirrinin üstünü açmaq mümkün olmadı.
“Titanik”-in sirri bununla bitmir.Gəmidə ölən insanlardan biri də ingiltərəli jurnalist olan Villiam T.Stead olmuşdur.O,ölümündən 20 il əvvəl “Titanik” adında bir hekayə yazmışdı.Bu hekayədə əsl “Titanik” faciəsi əks olunmuşdu.Onun hekayəsində səyahətə çıxdığı gəmi buz parçası ilə toqquşur.Ancaq jurnalist çətinliklə qəzadan xilas ola bilir.Təəssüf ki hekayədən illər sonra baş verən qəzanın sonu yaxşı bitmir,gərçək “Titanik” onun həyatına son qoyur
Bəzi insanların dediklərinə görə “Titanik” gəmisinin batmasına səbəb Misirdən oğurlanmış mumiyalardan birinin gəmi vasitəsilə ABŞ-a aparılması olmuşdur