Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.

Bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.

Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.

Bunu bu şəhərin meri Zeydan Karalar “Habertürk” telekanalının efirində deyib.

“3 yaşayış binası, o cümlədən 17 və 14 mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hələ də onlara yaxınlaşa bilməyib. Hələlik itki yoxdur”, – deyə o bildirib.

***

07.15

Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Bundan əlavə, xilasedicilər yaxınlıqdakı evlərin sakinkö edirlər.

Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.

***

06.36

Qəhrəmanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.

Şanlıurfa əyalətində də dağıntılar var.

Ərəbdilli media yeraltı təkanların İraq və Livanda da hiss edildiyini xəbər verir.

***

05.29

Türkiyənin Qəhrəmanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Ərazidə afterşoklar davam edir.

İstinad: APA