Haker kimdir?

“Haker” termini yarandığı ilk illərdə yüksək ixtisaslı proqramçılara verilən ad idi. İndi isə kompüter sistemlərinə müdaxilə etmək üçün proqram təminatlarının təhlükəsizlik çatışmazlıqlarından istifadə edən proqramçılar haker adlandırılır.

Hakerlər xüsusi kompüterlərdən başqa böyük şəbəkələri də dağıda bilirlər. Sistemə giriş əldə etməklə, konfidensial məlumatları ələ keçirir və ya ziyanverici proqramlar quraşdırırlar. Həmçinin, spamları yaymaq üçün ələ keçirilmiş kompüterlərdən istifadə edirlər.

Bilgisel.az xəbər verir ki, dünyanın ən təhlükəli hakerlərindən biri də Həmzə Bendelladjdır. Həmzə Bendelladj internet dünyasında “BX1” adı ilə tanınır. O, dünyada müsəlman hakerlər arasında ən məşhurudur.

“Banqkok Post” qəzetinin məlumatına görə, kiber cinayətkar olduğu iddia edilən Əlcəzair vətəndaşı Bendelladj, ona qarşı irəli sürülən ittihamlara görə, 2013-cü ilin yanvarında Taylandın Suvarnabhumi hava limanında  həbs edilib..  Bendelladj tutulmasından sonra çəkilən video və fotolarda gülümsədiyinə görə mediada “xoşbəxt haker” kimi də tanınırdı.

Bendelladj bir neçə dostu ilə birlikdə “SpyEye” adlı bir proqram hazırlayıb.  Bu proqram istifadəçilərin kreditkartı məlumatlarını əldə etmək üçün istifadə olunur.

Bendalladjın böyük miqyasda tanınmağına səbəb olan bu proqram vasitəsi ilə ABŞ-ın 250-dən çox bankından pul oğurlandığı bildirilir.

217 banka 10 milyondan çox ziyan vurub

Dünyanın ən məşhur hakeri

Bendellajın həbs edilməsi

Ona virtual dünyanın Robin Hudu da deyirlər. Buna səbəb onun “Spy Eye” proqramı ilə Amerikanın bank və müəssisələrindən ələ keçirdiyi pulları Fələstindəki bəzi dərnəklərə köçürməsidir.

O, 217 bank və qurumu 10 millon dollar ziyana uğradıb.

Müsəlman ölkəsinə kömək etdiyi üçün Amerika məhkəmələri tərəfindən xüsusi antipatiya qazanmışdı.

Onun haqqında edam hökmü çıxarılacağı bildirilirdi.

Həmzə Bendelladj edam edildimi?

2009-2011-ci illər arasında populyarlığının zirvəsində  zərərli proqram olan “SpyEye”  ABŞ-da və bir çox yerdə 1,4 milyondan çox insanın  kompüterinə təsir göstərib.

Hətta Bendelladjın  edam cəzasına məhkum ediləcəyi barədə şayiələr yayıldı və tərəfdarları onun həyatının bağışlanmasını tələb edən bir kampaniya başlatdılar. Elədiyi hərəkət cinayət olsa da  dünyada  onu dəstəkləyən çoxlu fanatı oldu. Hadisənin gündəm olması səbəbi ilə edam cəzası aradan qaldırıldı.Bir çox insan onun edam edildiyini düşünürdü. Lakin Amerika məhkəməsi ona 15 il həbs cəzası verdi.