ABŞ Azərbayancanda hərbçilərin təhsili və təlimi üçün 700 min dollar ayırmaq istəyir.
ABŞ Senatı Xarici Əlaqələr Komissiyasının sədri, ermənipərəst mövqeyi ilə seçilən Robert Menendes ABŞ-ın bu addımını pisləyib. O, Qarabağdakı mövqeyinə görə Azərbaycana maliyyə yardımı edilməməsi gərəkdiyini bildirib.
ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycana bu məbləğin İranla sərhəddə yerləşdiyinə görə verildiyini deyib: “Azərbaycana hərbi yardım verməyin bir neçə səbəbi var.
Hərbçilərin Qərb təhsili və zabitlərin qərbə doğru yönləndirilməsi faydalıdır. Azərbaycan hərbçiləri NATO sülhməramlı qüvvələrində iştirak edirlər.
Nəhayət, Azərbaycanın İranla çox böyük sərhədləri var və onu qorumaq lazımdır”.