Qozun insan sağlamlığı üçün necə faydalı olduğunu bir çoxları artıq bilir. Onun suyu da ən az özü qədər faydalıdır.

Bilgisel.az qoz suyunun faydalarını sizin üçün araşdırıb.

Qoz Suyunun faydaları, hazırlanması, ceviz suyu nasıl hazırlanır, sağlamlıq

Müsbət təsirləri

• Hər səhər ac qarına 1 stəkan qoz suyu içmək xolesterolun azalmasına kömək edir. Bununla da, qoz suyu içməklə infarkt riskini də azaltmış olacaqsınız.

• Sinir sisteminizə müsbət təsir edərək, sizi sakitləşdirəcək.

• Xərçəng xəstəliyinin və tiroidin yaranmasına qarşı istifadə edilir.

• Sağlam şəkildə arıqlamaq istəyənlər hər səhər ac qarına 1 stəkan qoz suyu içməklə, istədikləri çəkiyə daha tez nail ola bilərlər.

• Qoz suyunu davamlı şəkildə istifadə etsəniz, dərinizin necə parlaq və canlı olduğunun şahidi olacaqsınız. Dəridə yarana biləcək bir sıra xəstəliklərin də qarşısını bununla ala bilərsiniz.

Qoz Suyunun faydaları, hazırlanması, ceviz suyu nasıl hazırlanır, sağlamlıq

Qoz suyu necə hazırlanır?

Faydalarını saymaqla bitməyən qoz suyunun hazırlanması çox rahatdır. Bir gün əvvəldən qozun qabığını sındırıb içərisindən qoz ləpəsini çıxardırıq. 1 stəkan suda səhərədək saxlayırıq. Səhər ac qarına 1 stəkan qoz suyunu için. Suyu içdikdən sonra içində qalan qoz ləpələrini də yeyə bilərsiniz.

Qoz Suyunun faydaları, hazırlanması, ceviz suyu nasıl hazırlanır, sağlamlıq

Diqqət etməli məqamlar

Hər insan müxtəlifdir və qəbul etdiyi qidalara qarşı da müxtəlif reaksiyalar verə bilir. Buna görə də, qoz suyunu qəbul etməmişdən əvvəl allergik reaksiyanızın olub olmadığını bilsəniz, yaxşı olar. Sözsüz ki, əgər tiroid, artıq çəki, yaxud xolesterol probleminiz varsa, ilk olaraq, həkimə müraciət etməyiniz məsləhətdir. Çünki tiroidin də, xolesterolun da müxtəlif növləri var və hər xəstəlik insandan asılı olaraq, özünü başqa cür göstərir.

 

 

Mübariz ZƏKİ